...

Prezident İlham Əliyev: Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir

Siyasət Materials 24 Sentyabr 2025 11:12 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı əlavə edib ki, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti