Bakı. Trend:
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlıq edir.
"Bugünkü görüşdə parlamentlərimiz arasındakı əlaqələrə dair də müzakirələr apardıq.
Ötən dövr ərzində parlament sədrlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin səfərləri əəlaqələrimizin inkişafına öz töhfəsini verib.
Nümayəndə heyətlərimiz hər zaman təmasdadır".