...

Gədəbəydə baş verən qəza ilə bağlı BDYPİ açıqlama yayıb

Hadisə Materials 24 Sentyabr 2025 13:16 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Trend bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.

Bildirilib ki, Hhadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.

Xəbər lenti

Xəbər lenti