Bakı. Trend:
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Çexiyaya ümumilikdə 653,4 milyon dollar dəyərində 1,217 milyon ton xam neft və butium süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində bu 85,4 milyon dollar və ya 11,6 faiz, həcm ifadəsində isə 52,5 min ton və ya 4,5 faiz azdır.
Ötən ilin ilk yarımili ərzində Azərbaycandan Çexiyaya 738,9 milyon dollar dəyərində 1,165 milyon ton neft ixrac olunub.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 15 milyon 925 min ton həcmində, 8 milyard 396 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5% az, həcm baxımından isə 551 min 50 ton və ya 3,3% azdır.