Laçın. Trend:
Poliqonların layihələndirilməsi ilə bağlı işlər davam etdirilir. Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə layihə smeta sənədləri hazırlanaraq Dövlət Ekspertizasına təqdim edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri "Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Sabit Zeyniyev deyib
O bildirib ki, hazırda Füzuli Zəngilan, Ağdam, Qubadlı və Cəbrayıl poliqonlarının layihə smeta sənədlərinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Ekspertiza Baş İdarəsi tərəfindən müsbət rey verilib:
“Laçın rayonu üzrə poliqon ərazisi yenidən seçiləcəyi üçün Dövlət Ekspertizasına təqdim edilib. Eyni zamanda Kəlbəcər rayonu üzrə yeni ərazi seçildiyi üçün layihələndirmə antiteror əməliyyatında sonra azad edilmiş digər Xocalı, Xocavənd və Ağdərə rayonları birlikdə aparılacaq”.
O qeyd edib ki, Kəlbəcər rayonunun Lev kındində yeni ərazi seçildiyi üçün razılaşdırılmış koordinatlar üzrə sanitar poliqonun yaradılmasına dair 19 may 2025-ci il tarixli TŞ-XO-309/2025 nömrəli məktub “Təmiz Şəhər” ASC tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib:
“Eyni zamanda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün 4 iyun 2025-ci il tarixli TS-XO-340/2025 nömrəli məktub “Təmiz Şəhər” ASC tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdi. Ərazi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mina və partlamamış hərb sursatlardan təmizlənib. DŞAK tərəfindən sərəncamın verilməsi gözlənilir”.