Bakı. Trend:
Beynəlxalq forumlar Azərbaycan universitetləri üçün təmasları genişləndirməyə və birgə elmi layihələri inkişaf etdirməyə imkan verən yeni perspektivlər açır.
Trend xəbər verir ki, bunu Avrasiya universitetlərinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
“Bu təmaslar artıq mövcuddur və sammitin tədbirləri çərçivəsində əlavə olaraq möhkəmləndiriləcəklər”, -deyə o bildirib.
Direktor vurğulayıb ki, sammit çərçivəsində universitet rəhbərləri və onların əməkdaşları peşəkar əlaqələri genişləndirə bilirlər: “Bu, birgə elmi nəşrlərin və layihələrin yaranmasına, həmçinin xarici tələbə və müəllim mübadiləsinin artmasına töhfə verir”.