Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Amerikanın Xarici Siyasəti üzrə Milli Komitəsi Nyu Yorkda Çin hökumətinin Avropa məsələləri üzrə nümayəndəsi ilə müzakirə təşkil edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Amerikanın Xarici Siyasəti üzrə Milli Komitəsi (NCAFP) Çin hökumətinin Avropa məsələləri üzrə Xüsusi Nümayəndəsi, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə sabiq Baş katib müavini Səfir Vu Honqbo ilə görüş keçirib.
Görüşün əsas məqsədi aparıcı qlobal geosiyasi çağırışlar barədə qapalı müzakirə aparmaq, Hind-Sakit okean və Avropa təhlükəsizlik prioritetlərinin kəsişmə nöqtələrini araşdırmaq, həmçinin davamlı dialoq və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub.
Müzakirələr zamanı ABŞ-Çin münasibətləri, eləcə də Çin-Avropa İttifaqı münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik aspektləri əsas diqqət mərkəzində olub.
Qeyd edək ki, Səfir Vu Honqbo görüşdə Çin hökumətini təmsil edib və 34-cü Ali Səviyyəli Toplantıda çıxışçı qismində iştirak etməkdədir.