...

"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib

İdman Materials 24 Sentyabr 2025 06:54 (UTC +04:00)
"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib

Bakı. Trend:

Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

Trend xəbər verir ki, I Liqa təmsilçisi ilə yarımmüdafiəçi Emin Məcidzadə arasında 1 illik müqavilə imzalanıb.

21 yaşlı gənc futbolçu "Sabah FK Akademiyası", "Sabah-2" və "Araz-Naxçıvan" klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti