...

Babək prospektində qəza baş verib, yolda sıxlıq yaranıb

Hadisə Materials 24 Sentyabr 2025 08:41 (UTC +04:00)
Babək prospektində qəza baş verib, yolda sıxlıq yaranıb

Bakı. Trend:

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Haxzırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti