Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin toplantısında, həmçinin Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün sentyabrın 25-də Avstraliyanın Sidney şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə fövqəladə hallar, ekoloji fəlakətlər kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə kosmik tətbiqlər və digər mövzular müzakirə ediləcək.
Burada deputatın “Dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsində kosmos sənayesinin rolu” mövzusunda çıxışı gözlənilir.
Qeyd edilib ki, səfər oktyabrın 2-də başa çatacaq.