...

Britaniya NATO ölkələrinin hava məkanını mühafizə etməyə hazırdır

Dünya xəbərləri Materials 24 Sentyabr 2025 11:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya NATO ölkələrinin hava məkanını mühafizə etməyə hazırdır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında çıxışı zamanı bildirib.

“Son həftələr biz Estoniya, Polşa və Rumıniyada təxribatcıl və ağılsız şəkildə NATO hava məkanının pozulmağı hallarının şahidi olduq. NATO qəti şəkildə buna qarşı çıxır. Biz tədbirlər görməyə hazır olacağıq”, -Kuper vurğulayıb.

Bundan əvvəl Britaniya KİV-də Estoniyanın öz ərazisində nüvə silahı daşıya bilən bombardmançı təyyarələri qəbul etməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti