...

İranda sərnişin avtobusu aşıb: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 Sentyabr 2025 11:45 (UTC +04:00)
İranda sərnişin avtobusu aşıb: ölən və yaralananlar var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətində sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abedi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Nain-Ərdestan magistral yolunda Həmədan vilayəti istiqamətində hərəkət edən sərnişin avtobusunun 3 sərnişini ölüb, 25 nəfər isə yaralanıb.

Abdei bildirib ki, hadisə yerinə 6 təcili yardım maşını cəlb olunub, yaralılar tibb mərkəzlərinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti