...

Prezident İlham Əliyev: Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük

Siyasət Materials 24 Sentyabr 2025 03:49 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində yer alıb.

“İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək”,- deyə müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti