...

Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub

İqtisadiyyat Materials 24 Sentyabr 2025 10:54 (UTC +04:00)
Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 51,6 min ton asfalt istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 5,9 min ton və ya 10,3% azalıb.

Eyni zamanda cari ilin yanvar-avqust aylarında Azərbaycanda 2,9 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 262 min ton və ya 8,2% azdır.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 911,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti