...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2025-ci ildə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb

Energetika Materials 24 Sentyabr 2025 12:07 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2025-ci ildə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 139,45 milyon barrel neft daşınıb.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 147,53 milyon barrel təşkil edirdi. Beləcə, nəql həcmi 5,5 faiz azalıb.

2025-ci ilin avqus ayında BTC vasitəsilə Türkiyə ərazisindən 16,69 milyon barrel neft nəql olunub ki, bu da 2024-cü ilin avqust göstəriciləri (16,85 milyon barrel) ilə müqayisədə 0,9 faiz azdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti