Bakı. Trend:
Bu ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya 19,3% azdır.
Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Polşanın payı 0,9% təşkil edib. Bununla da sözügedən ölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında 18-ci yerdə qərarlaşıb.
Həmçinin cari ilin ilk 6 ayında Polşadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,256 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 542 min ABŞ dolları və ya 31,6% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Polşanın payı 0,4% təşkil edib. Bununla da Polşa dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 19-cu pillədə qərarlaşıb.
2024-cü ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,779 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,714 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.