...

Azərbaycanlı hakim Belçikanın matçını idarə edəcək

İdman Materials 24 Sentyabr 2025 13:44 (UTC +04:00)
Azərbaycanlı hakim Belçikanın matçını idarə edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Trend AFFA-ya istinadən xəbər verir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti