Bakı. Trend:
Günəşdə güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata əsasən, sentyabrın 24-də, 12:31-də (Bakı vaxtı ilə 13:31) 4224 saylı ləkələr qrupunun rentgen diapazonunda M1.0 gücündə 47 dəqiqə davam etmiş partlayış qeydə alınıb.
Artıq bir neçə gündür ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilən proqnoza əsasən zəif yüksəlmiş alışma aktivliyi müşahidə olunur və bunun Yer üçün orta risklər yaratdığı bildirilir.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə düşən 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti hərfə keçdikdə şüalanma gücü 10 dəfə artır.