Bakı. Trend:
Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.
Trend xəbər verir ki, bubarədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli
formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları
çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə
dərinləşir.
Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri
Balazs Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür
edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri
olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.