Bakı. Trend:
Son 5 ildə Azərbaycan və Serbiyanın iqtisadi sahədə intensivləşən münasibətləri çox yüksək templə artır.
Trend xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Spiker bildirib ki, iki ölkənin iqtisadi əlaqələri 24 dəfə artıb:
“Son 5 ildə ticarət dövriyyəsi 20 milyon dollardan 560 milyon dollara çatıb. Amma bu bizim real potensialımızdan çox-çox aşağıdır. Hökumətlərimiz bu əməkdaşlıqların, ticarət dövriyyəsinin daha da intensivləşməsində çox maraqlıdır”.
Ana Brnabiç vurğulayıb ki, Azərbaycan dünyanın ən önəmli enerji təchizatçılarından biridir.
“Günümüzdə enerji təhlükəsizliyi milli təhlükəsizliklə eyni mənada işlənilir. Biz enerji sahəsində tərəfdaşlığımızın gücləndirilməsinə böyük önəm veririk”, - deyə o qeyd edib.
