...

Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr yaradılmalıdır - Məsim Məmmədov

Cəmiyyət Materials 24 Sentyabr 2025 13:28 (UTC +04:00)
Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr yaradılmalıdır - Məsim Məmmədov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Qarabağda bütün əraziləri əhatə edən müəyyən müəssisələr yaradılmalıdır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, artıq prespektiv addımlar atılmalıdır:

“Bunlardan biri məişət və tikinti tullantılarının poliqonu məsələsidir. Gələcək üçün bütün ərazilər üzrə mobil əraziləri əhatə edən tullantıları idarə edən müəssisələr yaxud sxemlər yaradılmalıdır.

Bəzi şirkətlər yenidənqurma işləri apararkən təbiətə ziyan vururlar. Yamaclarda yerləşən şirkətlər yerləşdikləri ərazini qorumur. Əksinə yararsız vəziyyətə salıb. Bunun bərpası isə uzun zaman tələb edir”.

Xəbər lenti

Xəbər lenti