...

Azərbaycan Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunu 38% artırıb

İqtisadiyyat Materials 24 Sentyabr 2025 13:13 (UTC +04:00)
Azərbaycan Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunu 38% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 107,987 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,218 milyon dollar və ya 13% azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyadan olan investisiyaların payı 3,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzində Yaponiya iqtisadiyyatına 7,849 milyon dollar sərmayə qoyub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,164 milyon dollar və ya 38,1% çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkil edib.

2024-cü ilin ilk yarımili ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 124,205 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 5,685 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti