...

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI

İqtisadiyyat Materials 24 Sentyabr 2025 14:14 (UTC +04:00)
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqust ayında Azərbaycan istifadəçilərinin “İnstagram” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 8,69 faiz bəndi artaraq, 42,7 faiz təşkil edib.

Bu barədə Trend “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 0,97 faiz bəndi azalaraq, 30,76 faizə çatıb.

Siyahıda üçüncü yerdə 10,27 faizlə “YouTube” gəlir (əvvəlki ayla müqayisədə 5,04 faiz az).

Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,91 faiz bəndi azalaraq, 6,15 faiz təşkil edib.

“X” media platforması 7,2 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 0,1 faiz artım).

Reytinqdə altıncı yeri 1,65 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 0,47 faiz çox).

Digər sosial şəbəkələrin payı 1,28 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti