...

Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək - Ana Brnabiç

Siyasət Materials 24 Sentyabr 2025 12:59 (UTC +04:00)
Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək - Ana Brnabiç
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana səfərimin məqsədi siyasi, eyni zamanda iqtisadi və parlamentlərarası əlaqələrin gücləndirilməsidir. Münasibətlərimizin çoxşaxəliliyi müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsinə xidmət edir.

Trend xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Spiker bildirib ki, Azərbaycan-Serbiya siyasi və digər sahələrdə ikitərəfli əlaqələr örnəkdir:

“2022-ci ildən Prezidentlərimizin təşəbbüsü ilə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. Bu, təccüblüü deyil ki, ildə azı bir dəfə yüksək səviyyəli səfərlər, görüşlər keçiririk.

2024-cü ilin noyabrında Prezident Alelsandar Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti COP29 çərçivəsində Azərbaycana rəsmi səfər etmişdi.

Prezident İlham Əliyev 2023-ci ilin dekabrında Niş şəhərinə səfəri zamanı Serbiya və Bolqarıstan arasında interkonnektorun açılışında iştirak etmişdi.

Ana Brnabiç qeyd edib ki, Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti