Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda Cəlilabad rayonunda yerləşən "Cəlilabad Şərab" və paytaxtda olan “Moda” açıq səhmdar cəmiyyətlərinin səhm paketləri satılıb.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4.900
manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8.700 manata,
1.800 manat olan “UAZ” markalı avtomobil isə 3.718 manata
satılıb.
Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və
nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət
Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.