...

Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2025 16:38 (UTC +04:00)
Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayılda keçirilən iclasında humanitar minatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər və mövcud çağırışlar müzakirə edilib.

Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.

İşçi qrupun üzvləri əvvəlcə Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Horovlu kəndlərində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.

Səfər iştirakçıları həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Daha sonra İşçi qrupun Cəbrayıl rayonunda iclası keçirilib.

ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində icra olunan minatəmizləmə layihələri barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84 min 146.5 hektar olmaqla, ümumilikdə, 228 min 689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210 min 655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə dövlət başçısının tapşırığı əsasında aparılan sürətli bərpa-quruculuq işlərinin keçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlı məskunlaşmasına xidmət etdiyini bildirib. V.Hacıyev qarşıya qoyulan hədəflərə nail olmaq üçün torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin ən əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

İşçi qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti