Bakı. Trend:
Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2025-2029-cu illəri əhatə edəcək Fəaliyyət Planı hazırlamışıq və yaxın zamanda imzalanacaq.
Trend xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Spiker bildirib ki, Azərbaycan və Serbiyanın bir çox sahələrdə əməkdaşlıq potensialı böyükdür.
İnfrastruktur sahəsində də çox böyük əməkdaşlığımız var. Bizim əsas infrastruktur layihələrimizdə “Azlift” şirkəti iştirak edir.
Təhsil sahəsində ilk dəfə olaraq Azərbaycandan gələn tələbələr bizim təqaüdlərimizlə Serbiyada təhsil alırlar. Həmçinin Serbiyadan olan tələbələr də Azərbaycanda təqaüdlə təhsil alırlar”, - deyə Ana Brnabiç qeyd edib.