...

Azərbaycan UNICEF-in yerli səhiyyə hesabatları modelinə maraq göstərir

Cəmiyyət Materials 24 Sentyabr 2025 16:01 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan UNICEF-in yerli səhiyyə hesabatları modelinə maraq göstərir.

Trend xəbər verir ki, bu fikirləri UNICEF-in Məlumatlar, Analitika, Planlaşdırma və Monitorinq şöbəsinin seksiya rəisi İv Jak Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda deyib.

İ.Jakın sözlərinə görə, məqsəd rayon səviyyəsində toplanan inzibati səhiyyə məlumatlarını kontekstləşdirərək hər ay hər bir rayon üzrə operativ hesabatlar yaradılmasıdır:

“Bu, minlərlə aylıq hesabatın yaradılmasını tələb etsə də, statistik dəqiqlik və yerli kontekstdən imtina edilmir. Dövlət qurumlarının bu istiqamətdə UNICEF-lə əməkdaşlığı səhiyyə siyasətində daha çevik və dəqiq qərarların qəbuluna dəstək verə bilər. Yalnız mövcud inzibati məlumat bazalarından istifadə olunur, əlavə xarici mənbələr cəlb edilmir və süni intellekt yalnız hesabat nəticələri üzərində işləyir. Bu, məlumatların təhrif olunma riskini minimuma endirir “.

İ. Jakın sözlərinə görə, bu model Azərbaycanın rayon səviyyəli səhiyyə məlumatlarının idarə olunması və icma səhiyyə xidmətlərinin planlaşdırılmasında mühüm təcrübə kimi tətbiq oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti