...

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 24 Sentyabr 2025 16:15 (UTC +04:00)
Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını dəyərləndirib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Ana Brnabiç ilə görüşdük. Görüş zamanı birgə təşəbbüslərin əhəmiyyətini vurğulayaraq ticarət, investisiya, biznes, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirdik", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti