Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1376,3 manat təşkil edib.
Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5% artaraq 1098,1 manat təşkil edib.