...

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Cəmiyyət Materials 25 Sentyabr 2025 09:17 (UTC +04:00)
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda avtomobilin vurması nəticəsində piyada hadisə yerində ölüb.

Trend-in məlumatına görə, hadisə sentybarın 24-ü saat 01:30 radələrində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Heybət Əliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə Saray qəsəbəsi ərazisində, “Novxanı-Sumqayıt” yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Rəşid Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti