Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən etibarən "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusununun təqdimatını rəqəmsal formada təqdim edəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun təqdimat mərasimində deyib.
O bildirib ki, sorğu əsasən, sorğuda iştirak edənlərin ev təsərrüfatının maliyyə vəziyyəti, ümumi iqtisadi vəziyyət, gələcək dövrlərdə düşüncələri, yığım vəziyyəti və qərarları bağlı suallar, borc yükü və s. əhatə edir: "Ümumilikdə sorğu 29 sualdan ibarətdir. Sorğunun ildə 4 dəfə keçirilməsi planlaşdırılır".
"Bu gündən rəsmi olaraq AMB-nin saytında sorğular bölməsi aktivlesdiriləcək", - deyə S. Nəsirov qeyd edib.