Bakı. Trend:
Bolqarıstan 2026-cı ildə Rusiya Federasiyasından qazın tranziti haqqında sazişin qüvvəsini dayandıracaq.
Trend xəbər verir ki, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov Bolqarıstan milli radiosuna müsahibəsində danışıb.
“Biz, Avropa İttifaqının bir hissəsi olaraq, 2026-cı ildə Avropa İttifaqının qısamüddətli perspektivdə Rusiyanın təbii qazından istifadə və ya tranzitlə bağlı müqavilələrin ləğv olunması haqda qərarına qoşulacağıq”, - deyə o bildirib.
İyulun 28-də ABŞ və Avropa İttifaqı ticarət sazişi imzalayıb. Sazişə əsasən, Brüssel ABŞ-dan 750 milyard dollar məbləğində enerji daşıyıcıları alacaq. Bundan əlavə, avropalılar ABŞ-a Avropadan yatırımları 600 milyard dollar artırmağa və Amerika silahları almağa razılıq veriblər. Əvəzində Vaşinqton Avropa mallarına tətbiq edilən gömrük rüsumlarını 30 faizdən 15 faizə endirib.