Bakı. Trend:
10.11.2020 - 31.07.2025 tarixlərində 27 nəfər minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.
Trend-in xəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair hesabatında öz əksini tapıb.
Bildirilib ki, baş verən bədbəxt hadisələr nəticəsində 1 nəfər həlak olub, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Eyni zamanda ötən dövr ərzində minatəmizləməyə cəlb olunan yerli kommersiya qurumlarının 2 minaaxtaranı yaralanıb.
Ümumilikdə 10 noyabr 2020-ci ildən sonrakı dövr ərzində 29 minaaxtaran partlayıcı sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.