...

Britaniya lordu London birjasındakı Azərbaycan şirkətlərinin potensialından danışıb

İqtisadiyyat Materials 25 Sentyabr 2025 13:05 (UTC +04:00)
Britaniya lordu London birjasındakı Azərbaycan şirkətlərinin potensialından danışıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

London Fond Birjasında Azərbaycan şirkətlərinin sayının artması ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm nailiyyətdir.

Trend xəbər verir ki, bunu Britaniyanın lordlar palatasının üzvü Aamer Sarfraz ADA Universitetində keçirilən Birinci Azərbaycan- Britaniya Siyasi Dialoqunun gedişində bildirib.

“Həmçinin Azərbaycan-Böyük Britaniyanın “finteks qumqabının” yaradılması məqsədəuyğun olardı. Bu, digər ölkələrlə tətbiq etdiyimiz analoji model kimi, fintek şirkətlərinin hər iki ölkədə yeni məhsul və texnologiyaları təhlükəsiz şəkildə sınaqdan keçirə biləcəyi bir platforma olardı”,- deyə o vurğulayıb.

A.Sarfraz Azərbaycanın unikallığını da xüsusi olaraq qeyd edib:

“Sizin ölkədə bizim malik olmadığımız bir şey var – suveren fond. Böyük Britaniyada belə fondlar yoxdur. Hətta britaniya hökumətinin nümayəndələri şirkətləri Azərbaycana investisiya qoymağa çağırmaq istəsə belə, onlar yalnız təşviq edə və dəstək verə bilər, amma məcbur edə bilməz. Bununla belə, Böyük Britaniya suveren fondlar üçün qlobal mərkəz olaraq qalır: ilk belə fond burada yaradılıb və hər böyük beynəlxalq fondun ölkədə nümayəndəliyi var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti