...

Dünya Bankı Azərbaycanın elektrik enerjisinin paylama sisteminin müasirləşdirilməsi üzrə layihələri nəzərdən keçirir (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2025 11:49 (UTC +04:00)
Dünya Bankı Azərbaycanın elektrik enerjisinin paylama sisteminin müasirləşdirilməsi üzrə layihələri nəzərdən keçirir (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Azərbaycanda elektrik enerjisinin paylama sisteminin müasirləşdirilməsi üzrə layihələri nəzərdən keçirir.

Bunu Trend-ə Dünya Bankının enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025) çərçivəsində verdiyi özəl müsahibədə deyib.

“Elektrik enerjisinin paylama sisteminin gücləndirilməsi üzrə layihələr nəzərdən keçirilir. Sistemin əhəmiyyətli hissəsi hələ Sovet dönəmində inşa olunub və irimiqyaslı investisiyalara ehtiyacı var”,- deyə o bildirib

Ekspertin sözlərinə görə, artan sayda elektrik avtomobilləri və kiçik paylanmış enerji mənbələri nəzərə alınsa, dəyişkən yükü stabillə qəbul etmək və etibarlı elektrik təchizatını təmin etmək üçün elektrik şəbəkəsinin modernləşdirilməsi zəruridir.

O əlavə edib ki, hazırda “Azərenerji” dövlət şirkəti ilə birlikdə elektrik ötürücü şəbəkənin genişləndirilməsi üzərində iş aparılır, xüsusilə Nəvai yarımstansiyası (500/330 kV) və ona bağlı yüksək gərginlikli infrastruktur layihəsi üzərində. Bu layihə yaxın illərdə prioritet istiqamətlərdən biri olaraq qalacaq.

“‘Azərenerji’ çox səriştəli şirkətdir və tikinti sahəsində əla təcrübəyə malikdir. Biz bir-birimizdən çox şey öyrənirik”, - bankın nümayəndəsi vurğulayıb.

"Bundan əlavə, Dünya Bankı Azərbaycanın hökuməti və bərpa olunan enerji sahəsinin inkişafına cavabdeh agentliklərlə əməkdaşlığı gücləndirməyi planlaşdırır. Perspektivli istiqamətlər sırasında geotermal enerjinin inkişafı da var; bu sahədə əvvəllər birgə tədqiqat işi təqdim olunub və mümkün pilot layihələr müzakirə edilir", - F. Kitt yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti