...

İmadəddin Nəsiminin qohumları Şamaxıda (FOTO)

Mədəniyyət Materials 24 Sentyabr 2025 17:38 (UTC +04:00)
İmadəddin Nəsiminin qohumları Şamaxıda (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.

Trend xəbər verir ki, bu gün şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar. İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə - Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.

Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti