...

"Port Baku" yaxınlığında yeni metro stansiyasının tikintisi planlaşdırılır

Cəmiyyət Materials 25 Sentyabr 2025 11:03 (UTC +04:00)
"Port Baku" yaxınlığında yeni metro stansiyasının tikintisi planlaşdırılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

"Port Baku" yaxınlığında metronun yeni stansiyasının inşası nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

B. Məmmədov metronun Xətai stansiyasının yaxınlığında Yaşıl xəttə daha bir keçid imkanı yaradılacaq.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - o əlavə edib.

B.Məmmədov vurğulayıb ki, Bakı Metropolitenin üç stansiyasının infrastrukturu xüsusilə öyrənilərək həm havalandırma, həm də soyutma sistemlərinin tətbiqi istiqamətində planlı işlərə başlanılıb.

"Yaxın günlərdə layihələndirmə və ekspertiza kimi məsələlər də həllini tapacaq",- deyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti