Bakı. Trend:
Metronun Avtovağzal stansiyasından hərəkətə başlayan sərnişin B5 stansiyasından Nizami stansiyasına keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək.
Trend xəbər
verir ki, bunu Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov
deyib.
“Nizami stansiyasından sonra Sahil stansiyasının yaxınlığında da
bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid
olacaq”.
Vurğulanıb ki, Avtovağzaldan hərəkətə başlayan sərnişin həmin
stansiyadan Sahil stansiyasına keçməklə
Həzi Aslanova qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam
etdirə biləcək.