Bakı.
Türkiyə Superliqasında ilk turdan təxirə salınmış görüş baş tutub.
Trend-in məlumatına görə, "Kayserispor" öz meydanında "Beşiktaş"la qarşılaşıb.
Sərgən Yalçının komandasının futbolçuları oyuna üstün başlayıblar. Artıq 15-ci dəqiqədə Rafael Silva hesabı açaraq qonaqları önə keçirib – 0:1. Rafa Silva 32-ci dəqiqədə dubl edərək komandasının ikinci qolunu vurub.
Birinci hissəyə əlavə olunan ilk dəqiqədə Temmi Abraham fərqi üç topa çatdırıb. 58-ci dəqiqədə isə Silva het-trik edərək hesabı 0:4-ə yüksəldib.