...

FİFA penalti ilə bağlı qaydaları dəyişir

Dünya xəbərləri Materials 24 Sentyabr 2025 16:53 (UTC +04:00)
FİFA penalti ilə bağlı qaydaları dəyişir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FİFA penalti zərbələri ilə bağlı köklü qayda dəyişikliyi həyata keçirmək niyyətindədir. Belə ki, gələcəkdə penaltilərdə qapıçının topu dəf etdiyi hallarda,rəqib oyunçular əlavə zərbə endirə bilməyəcəklər və qapıdan zərbə təyin olunacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu dəyişikliklə, penalti zamanı digər futbolçuların cərimə meydançasının ətrafında düzülməsi və xətt pozuntusu edənlərə sarı vərəqə göstərilməsi tətbiqi də aradan qaldırılacaq.

FİFA-nın prezidenti Canni İnfantino, Hakimlər Komitəsinin rəhbəri Pyerluiçi Kollina ilə məsələni müzakirə edib və dəyişikliyə dair razılıq əldə olunub.

Sözügedən qaydanın 2026–2027 mövsümündə tətbiq edilə bilməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının təsdiqi tələb olunur. Yeni qaydalar yalnız IFAB təsdiq etdikdən sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti