...

Cəbrayıl, Qubadlı və Zəngilanda bu günə qədər aşkarlanan mina və hərbi sursatların sayı açıqlanıb

Cəmiyyət Materials 24 Sentyabr 2025 16:47 (UTC +04:00)
Cəbrayıl, Qubadlı və Zəngilanda bu günə qədər aşkarlanan mina və hərbi sursatların sayı açıqlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84,146.5 hektar olmaqla, ümumilikdə 228,689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib.

Trend xəbər verir ki, bu barədə Cəbrayıl rayonunda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclasında məlumat verilib.

Bildirilib ki, təmizləmə əməliyyatları nəticəsində 210,655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, ötən həftə azad olunan ərazilərdə 15-21 sentyabr tarixlərdində 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti