Bakı. Trend:
Venesuelanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsaəsn, zəlzələnin episentri Valera şəhərindən 68 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.