Bakı. Trend:
Polşa prezidenti Karol Navrotski Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb.
Trend-in məlumatına görə, bu barədə Polşa KİV-ləri xəbər verib.
"Donald Trampla görüş onun bütün dünyada böyük ictimai marağa səbəb olan çıxışına həsr olunub. Prezident Donald Trampa dedim ki, bu, əla çıxış olub", - deyə Polşa prezidenti jurnalistlərə bildirib.
O əlavə edib ki, Tramp Polşa və Mərkəzi Avropadakı vəziyyətə də toxunub və “mənə ABŞ-nin Polşanın yanında olduğunu və bizim dərin, mühüm və dəyərlərə əsaslanan əlaqələrimizdən çox məmnun olduğunu deyib”.
Bildirilib ki, söhbət zamanı xüsusilə ABŞ-ın Polşadakı hərbi mövcudluğunun saxlanılması müzakirə olunub.
“Bizim üçün bu, əlbəttə ki, yaxşı xəbərdir – Polşada Amerika qoşunlarının sayının dəyişməz qalması və bəlkə də, mənim fikrimcə, artırılması bütün Mərkəzi Avropa regionu üçün yaxşı xəbərdir və bunu Baltikyanı ölkələrdən olan həmkarlarım da təsdiqləyir”, – deyə Polşa prezidenti vurğulayıb.