...

Husilər İsrailin Eylat şəhərinə PUA-larla hücum ediblər

Dünya xəbərləri Materials 25 Sentyabr 2025 00:53 (UTC +04:00)

Bakı. Trend:

"Ənsar Allah" üsyançı hərəkatından olan yəmənli husilər İsrailin Eylat şəhərinə hücum ediblər, onlardan biri şəhərə düşüb.

Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, hücum zamanı iki pilotsuz uçan aparatdan istifadə edilib.

Bundan əvvəl İsrail təcili yardım xidməti Yəməndən atılan pilotsuz uçuş aparatının düşməsi nəticəsində Eylatda azı 20 nəfərin yaralandığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti