Bakı. Trend:
Moskvanın "Şeremetyevo" hava limanından Sankt-Peterburqa yola düşməyə hazırlaşan "Rossiya" aviaşirkətinə məxsus təyyarə başqa aviaşirkətin təyyarəsi ilə toqquşub.
Trend-in məlumatına görə, bu barədə aviaşirkətin nümayəndəsi bildirib.
Məlumata əsasən, aviaşirkət sərnişinləri ehtiyat təyyarə ilə təmin edib.
"İlkin məlumata görə, Moskva–Sankt-Peterburq marşrutu üzrə "FV6097" reysinin uçuşa hazırlanması zamanı uçuş-enmə zolağı ilə hərəkət edərkən digər aviaşirkətə məxsus hava gəmisi qanadı ilə həmin təyyarənin şaquli quyruq sükanına toxunub və nəticədə zədələnmə baş verib", - deyə bildirilib.
Aviaşirkətdən bildirilib ki, hazırda təyyarə texniki xidmətlər tərəfindən yoxlanılır.