...

Hazırda metroda iki şaxtanın tikintisinə başlanılıb

Cəmiyyət Materials 25 Sentyabr 2025 11:46 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda metronun 28 may stansiyasının yaxınlığında iki şaxtanın tikintisinə başlanılıb, tikinti prosesi yanvarda başa çatdırılacaq və metroda xətlərin ayrılmasına bundan sonra start veriləcək.

Trend xəbər verir ki, bunu Metropolitendə departament rəhbərinin müavini Məmməd Rzayev deyib.

Departament rəhbəri bildirib ki, xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır.

"200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün yaşıl xətt və qırmızı xətt üzrəsərbəst hərəkəti təmin ediləcək", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti