...

Gürcüstan bərpa olunan enerji sahəsində Azərbaycanın təcrübəsinə maraq göstərir

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2025 10:45 (UTC +04:00)
Gürcüstan bərpa olunan enerji sahəsində Azərbaycanın təcrübəsinə maraq göstərir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan bərpa olunan enerjinin payının artırılmasında Azərbaycanın təcrübəsinə böyük dəyər verir.

Trend xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin enerji səmərəliliyii və bərpa olunan enerji mənbələri departamentinin rəhbərinin müavini Omar Sereteli Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.

O, həmçinin qeyd edib ki, enerji və iqlim sahəsində planlar, aşağıkarbonlu inkişaf strategiyaları və milli müəyyən olunmuş öhdəliklər (NDC-lər) yalnız kağız üzərində qalan sənədlər olmamalıdır:

“Biz onların praktiki icrasına birgə həyata keçməliyik. Bu isə transsərhəd əməkdaşlığın dərinləşdirilməsi istiqamətində daha bir mühüm addım olacaq”,-deyə Sereteli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti