Bakı. Trend:
Xəzər bölgəsində karbohidrogenlərin ən böyük tədarükçülərinin tranzit qovşağı inkişaf edəcək və tranzit imkanları genişləndikcə o daha müstəqil olacaq.
Trend xəbər verir ki, bunu “Thompson Reuters”in Moskva bürosunun əmtəə və enerji bazarları xəbərləri şöbəsinin baş redaktoru Aleksandr Yerşov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında söyləyib.
O qeyd edib ki, Xəzər regionunda davamlı və müstəqil inkişaf müşahidə olunur. Parlaq nümunələrdən biri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməridir ki, o, Rusiya resurslarından asılı olmayaraq fəaliyyət göstərir.
“BTC-dən əlavə, müxtəlif şaxələndirilmiş istiqamətlərdəki inkişafı da qeyd etmək lazımdır. Söhbət qaz tədarüklərindən – məsələn, Azərbaycanın Suriyaya son tədarüklərindən, müxtəlif ölkələrdə SOCAR-ın pərakəndə şəbəkələrindən , habelə İranla əlaqələrdən gedir.”,-deyə Yerşob bildirib.