...

bp "yaşıl" keçid üçün Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb

İqtisadiyyat Materials 25 Sentyabr 2025 12:47 (UTC +04:00)
bp "yaşıl" keçid üçün Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya investisiyaların cəlb olunmasında, iqtisadi artımın stimullaşdırılmasında və dayanıqlı inkişafın təmin olunmasında Azərbaycanın ən yaxın tərəfdaşlarındandır.

Trend xəbər verir ki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən Birinci Azərbaycan Britaniya Siyasi Dialoqu adlı tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycandakı 30 illik fəaliyyət tariximizlə fəxr edirik. Amma gələcəyə - növbəti 30 ilə də nikbin baxırıq. Bizim diqqətimiz yalnız mövcud neft-qaz layihələrinin uğurlu icrasına deyil, həm də bərpa olunan enerji, “yaşıl” transformasiya və enerji keçidində yeni imkanların yaradılmasına yönəlib,”- deyə o vurğulayıb.

Aslanbəyli qeyd edib ki, bp ilə Azərbaycanın tərəfdaşlığı ölkədə Britaniya kimliyinin vacib bir hissəsinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti